Bakı. Trend:
Belarusdakı görüşdən sonra Ukrayna və Rusiya nümayəndə heyətləri danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinskiy deyib.
"Ukrayna tərəfi ilə 5 saata yaxın davam edən danışıqlar indicə başa çatıb. Bu müddət ərzində biz gündəlikdəki bütün maddələri ətraflı nəzərdən keçirdik və ümumi mövqeləri proqnozlaşdıra biləcəyimiz bəzi məqamları tapdıq. Ən əsası isə biz danışıqlar prosesini davam etdirməyə razılaşdıq. Növbəti görüş yaxın günlərdə Polşa-Belarus sərhədində baş tutacaq. Müvafiq müqavilələr var", - deyə V.Madeniskiy bildirib.