...

IBM Rusiyada texnologiyalarının satışını dayandırdı

Dünya xəbərləri Materials 6 Mart 2022 00:25 (UTC +04:00)
IBM Rusiyada texnologiyalarının satışını dayandırdı

Bakı. Trend:

ABŞ-ın "IBM" korporasiyası Ukraynada hadisələr ilə əlaqədar Rusiya bazarında öz texnologiyalarının satışını dayandırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə texnoloji korporasiyanın rəhbəri Arvind Krişnanın açıqlamasında deyilib.

Onun sözlərinə görə, şirkət "böhrandan zərər çəkən əməkdaşlarını qorumaq və dəstəkləmək üçün tədbirlər görür" və "Rusiyada texnologiya satmır". Bundan əlavə, IBM "Rusiya hərbi təşkilatları ilə" əməkdaşlıqdan imtina edib.

Qeyd olunub ki, müvafiq qərar Ukrayna ətrafındakı vəziyyət fonunda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti