...

McDonald's Rusiyadakı restoranlarını bağlayacaq

Dünya xəbərləri Materials 9 Mart 2022 01:10 (UTC +04:00)
McDonald's Rusiyadakı restoranlarını bağlayacaq

Bakı. Trend:

McDonald's Rusiyadakı bütün restoranlarını müvəqqəti bağlamaq və Rusiya bazarında fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə McDonald's Corp-un baş direktoru Kris Kempçinkinin şirkətin saytında yerləşdirilən açıqlamasında deyilir.

Şirkət bu qərarın yerli əməkdaşlara və tərəfdaşlara təsirini başa düşür, ona görə də onlara dəstək olacaq, xüsusən də maaşları ödəməyə davam edəcək.

Qeyd edək ki, Rusiyada McDonald's-ın 850 "fast food" restoranı, 62 000 işçisi və yüzlərlə yerli təchizatçı və tərəfdaşı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti