...

Lavrov nüvə müharibəsinin başlayacağına inanmadığını bildirib

Dünya xəbərləri Materials 10 Mart 2022 15:50 (UTC +04:00)
Lavrov nüvə müharibəsinin başlayacağına inanmadığını bildirib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə müharibəsinin başlayacağına inanmadığını bildirib.

Trend-in məlumatına görə, o, bunu Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Dmitri Kuleba ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Mən buna inanmıram və inanmaq istəmirəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, son illərdə Ukraynada baş verən hadisələr kontekstində nüvə məsələsini Qərb nümayəndələri, ilk növbədə, NATO nümayəndələri ortaya çıxarıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti