...

Latviya öz aviabazalarında "Bayraktar" PUA-larını yerləşdirmək niyyətindədir

Dünya xəbərləri Materials 14 Mart 2022 16:04 (UTC +04:00)
Latviya öz aviabazalarında "Bayraktar" PUA-larını yerləşdirmək niyyətindədir

Bakı. Trend:

Latviya öz aviabazalarında Türkiyənin "Bayraktar TB2" pilotsuz uçuş aparatlarını (PUA) yerləşdirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Latviyanın müdaifə naziri Artis Pabriks Türkiyədə keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində deyib.

"Türkiyə Latviyada "Bayraktar TB2" pilotsuz uçuş aparatlarını yerləşdirsə, məmnun olarıq. Onlar bizim aviabazalarda 3 aydan 6 ayadək müddətdə yerləşdirilsə, biz onları sınaqdan keçirə və müşahidə missiyaları üçün istifadə edə bilərik. Bu, bizim üçün gözlənilən dəstək olar", - deyə nazir bildirib.

Qeyd edək ki, Antalyada Diplomatiya Forumu martın 11-13-də keçirilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti