Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə E.Blinken özünün "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, telefon danışığı zamanı Ukraynadakı son hadisələri müzakirə edilib.
"Ukrayna xalqını dəstəklədiyi üçün Türkiyəyə təşəkkür etdim", - deyə dövlət katibi əlavə edib.