...

"Qualcomm" məhsullarının Rusiya şirkətlərinə satışını dayandırıb

Dünya xəbərləri Materials 17 Mart 2022 07:10 (UTC +04:00)
"Qualcomm" məhsullarının Rusiya şirkətlərinə satışını dayandırıb

Bakı. Trend:

Dünyanın ən böyük yarımötürücü komponentlər istehsalçılarından biri olan ABŞ-ın "Qualcomm Inc." şirkəti Rusiya şirkətlərinə məhsullarının satışını dayandırıb.

Trend-in məlumatına görə, bu barədə şitkərin "Twitter" səhifəsində Ukraynanın baş nazirinin müavini Mixail Fyodorovun sözlərinə cavab olaraq bildirilir.

Xatırladaq ki, Ukraynalı nazir "Qualcomm"u məhsullarının Rusiyada hələ də mövcud olmasına görə qınayıb. Şirkət M.Fedorova “bu, doğru deyil” cavabını verib.

"Biz Rusiya şirkətlərinə məhsul satışını dayandırmışıq və ABŞ sanksiyalarına əməl edirik", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti