...

Almaniya prezidenti koronavirusa yoluxub

Dünya xəbərləri Materials 22 Mart 2022 20:04 (UTC +04:00)
Almaniya prezidenti koronavirusa yoluxub

Bakı. Trend:

Almaniya prezidenti 66 yaşlı Frank-Valter Ştaynmayer və onun həyat yoldaşı Elke Büdenbender koronavirusa yoluxublar.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Almaniya dövlət başçısının dəftərxanası məlumat yayıb.

Qeyd olunur ki, Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbenderin ekspress və PCR testləri müsbət nəticə göstərib.

"Simptomlar yüngüldür", - məlumatda bildirilib.

Prezident və xanımı dərhal ev karantininə alınıb. Yaxın təmasda olan hər kəsə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti