...

Co Baydenin reytinqi aşağı düşüb

Dünya xəbərləri Materials 23 Mart 2022 02:07 (UTC +04:00)
Co Baydenin reytinqi aşağı düşüb

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin reytinqi 40 faizə düşüb.

Trend xəbər verir ki, bu Reuters və Ipsos-un birgə sorğusunun məlumatlarında əks olunub.

Sorğu martın 21 və 22-də onlayn rejimdə 1005 nəfər arasında aparılıb, onlardan 432-si demokratlar, 366-sı respublikaçılar partiyalarının tərəfdarı olublar.

Qeyd edilir ki, Ağ Evin hazırkı rəhbərinin reytinqi bir həftə ərzində üç faiz aşağı düşüb və hazırkı səviyyə ABŞ-ın keçmiş prezidenti Donald Trampın eyni vəzifədə olduğu dövrdə əldə etdiyi dəstək səviyyəsinə uyğundur.

ABŞ sakinlərinin əksəriyyəti iqtisadi problemlərdən, eləcə də beynəlxalq münaqişələrdən narahatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti