...

Türkiyə Qara dənizdə sülh və sabitliyin qorunması üçün səylərini davam etdirəcək - Təhlükəsizlik Şurası

Dünya xəbərləri Materials 23 Mart 2022 21:33 (UTC +04:00)
Türkiyə Qara dənizdə sülh və sabitliyin qorunması üçün səylərini davam etdirəcək - Təhlükəsizlik Şurası

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.

Trend-in məlumatına görə, görüş təxminən 3 saat 45 dəqiqə davam edib.

Milli Təhlükəsizlik Şurası Türkiyənin Qara dənizdə sülh və sabitliyin qorunması üçün Montrö Konvensiyasının icrası ilə yanaşı vasitəçilik səylərini davam etdirəcəyini bildirib:

"Türkiyənin Qara dənizin şimal hissəsində baş verən hadisələrlə bağlı tarazlaşdırıcı mövqeyi, qlobal və regional sülhə nail olmaq üçün göstərdiyi səylərin məqsədyönlülüyü son hadisələrdə özünü təsdiqləyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti