...

Daha iki nominasiyada "Oskar" qaliblərinin adları açıqlanıb

Dünya xəbərləri Materials 28 Mart 2022 06:03 (UTC +04:00)
Daha iki nominasiyada "Oskar" qaliblərinin adları açıqlanıb

Bakı. Trend:

Aktyor Troy Kotzur Şanq Haderin rejissoru olduğu "CODA: Kar valideynlərin övladı" (CODA, 2020) filminə görə Ən Yaxşı ikinci plan kişi rolu nominasiyasında "Oskar" mükafatını qazanıb.

Trend xəbər verir ki, komik drama janrında çəkilən filmdə ailədə yeganə eşitmə qabiliyyətinə malik yeniyetmə qızdan bəhs edilir. Eşitmə və danışma qüsurlu Kotzur filmdə baş qəhrəmanın atası obrazını canlandırıb.

Eyni nominasiyada "Oskar" uğrunda Kiran Haynds ("Belfast"), Cessi Plemons və Kodi-Smitt Makfi (hər ikisi "Köpəyin gücü") və Conatan Simmons ("Rikardonun rolunda") mübarizə aparıblar.

Bundan əlavə, ən yaxşı xarici film nominasiyasında yaponiyalı rejissor Ryusuke Xamaqutinin "Avtomobilimin sükanı arxasına əyləş" filmi qalib seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti