Bakı. Trend:
Ukraynada hərbi əməliyyatların davam etdiyi bir ay ərzində ölkəni 4 milyona yaxın şəxs tərk edib.
Trend-in məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının hesabatında deyilir.
"Ölkəni 3,8 milyon sakin tərk etməli olub, bu da İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın böhranına çevrilib. Daha 6,5 milyon nəfər ölkə daxili məcburi köçkünə çevrilib. Eyni zamanda 13 milyon nəfər döyüş zonalarında qalaraq bölgəni tərk etmək imkanlarından məhrum olub", - hesabatda deyilir.
(Tərcümə: Orxan Nəbiyev)