...

"Ericsson" Rusiyada fəaliyyətini tam dayandırır

Dünya xəbərləri Materials 11 Aprel 2022 12:02 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin "Ericsson" telekommunikasiya şirkəti Rusiyadakı fəaliyyətini tam dayandırır.

Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, "Ericsson" fevral ayında Rusiyaya məhsul tədarükünü dayandırmışdı. İndi isə rusiyalı müştərilərlə bağlı fəaliyyət qeyri-müəyyən müddətə tam dayandırılır.

Eyni zamanda şirkət rusiyalı əməkdaşlarını ödənişli məzuniyyətə göndərəcəyini bildirib.

Qeyd edək ki, "Ericsson" şirkəti müştərilərə rabitə şəbəkələri üçün texnologiyalar, rəqəmsal xidmətlər, texniki dəstək xidmətləri təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti