...

Ermənistan qocalan ölkələr sırasına daxildir - BMT-nin Əhali Fondu

Dünya xəbərləri Materials 20 Aprel 2022 20:26 (UTC +04:00)
Ermənistan qocalan ölkələr sırasına daxildir - BMT-nin Əhali Fondu

Bakı. Trend:

Ermənistan qocalan ölkələr sırasına daxildir.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu BMT-nin Əhali Fondunun demoqrafiya proqramının rəhbəri Anna Ovannisyan deyib.

"BMT şkalasına uyğun olaraq, ölkədə qoca insanların payı ümumi əhalinin 7 faizindən çoxdursa, ölkə qocalan hesab olunur. Ermənistanda bu göstərici, təxminən 14 faizə bərabərdir. Bu isə o deməkdir ki, Ermənistan qocalan ölkələr sırasına daxildir", - deyə o bildirib.

A.Ovannisyan qeyd edib ki, bu hal doğum indeksinin az olduğu və azalmağa doğru getdiyi ölkələrdə müşahidə olunur.

BMT-nin Əhali Fondunun proqnozlarına əsasən, 2050-ci ilədək qocalar dünya əhalsinin 22-24 faizini təşkil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti