...

İordaniya kralının qohumuna həbs cəzası verilib

Dünya xəbərləri Materials 27 Aprel 2022 18:24 (UTC +04:00)
İordaniya kralının qohumuna həbs cəzası verilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İordaniya məhkəməsi kral II Abdullanın qohumu Valid əl-Kürdini qiyabi olaraq 18 il müddətinə həbs edib.

Trend-in məlumatına görə, o, korrupsiyada və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.

Məhkəmə, eyni zamanda, V.əl-Kürdini 268 milyon dollara yaxın məbləğdə cərimələyib. Qeyd olunur ki, II Abdullanın bibisinin yoldaşı olan Valid əl-Kürdi İordaniya fosfat hasilatı şirkətinin baş direktoru olduğu müddətdə hasilat müqavilələri ilə fırıldaq əməliyyatları həyata keçirib.

Bir müddət əvvəl İordaniyanı tərk etmiş V.əl-Kürdinin hazırda Böyük Britaniyada yaşadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti