...

Ərdoğan bir sıra xarici lideri Ramazan bayramı münasibətilə təbrik edib

Dünya xəbərləri Materials 3 May 2022 04:58 (UTC +04:00)
Ərdoğan bir sıra xarici lideri Ramazan bayramı münasibətilə təbrik edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə bir sıra ölkələrin liderləri ilə telefon danışığı olub və qarşılıqlı təbriklər diqqətə çatdırılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti bildirib.

R.T.Ərdoğan Şimali Kipr Türkiyə Respublikasının Prezidenti Ersin Tatar, İran Prezidenti İbrahim Rəisi, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Küveyt Əmiri Navaf Xalid əl-Həməd əs-Sabah, Nigeriyanın Prezidenti Məhəmməd Buxari, Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nahyan, Livanın baş naziri Nəcib Mikati, Pakistanın baş naziri Şahbaz Şərif və İraqın baş naziri Mustafa əl-Kademi ilə telefonla danışıb.

İsrail prezidenti İshaq Hersoq da Türkiyə dövlətinin başçısına zəng edərək müsəlmanların müqəddəs Ramazan ayının başa çatması münasibətilə təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti