...

Avropa Komissiyası Rusiyaya qarşı tətbiq olunacaq növbəti sanksiyaları açıqlayıb

Dünya xəbərləri Materials 4 May 2022 13:03 (UTC +04:00)
Avropa Komissiyası Rusiyaya qarşı tətbiq olunacaq növbəti sanksiyaları açıqlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası Aİ ölkələrinə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində mərhələli şəkidə Rusiya neftinin idxalından imtinanı təklif edib.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, sanksiyaların altıncı paketinə neft idxalından mərhələli şəkildə imtina ilə yanaşı, daha üç Rusiya bankının, o cümlədən "Sberbank"ın SWIFT sistemindən ayrılması, Rusiyanın üç dövlət telekanalının Aİ ərazisində yayımının dayandırılması daxildir.

Yeni sanksiyalarla bağlı qərarın bu həftənin sonunadək qəbul olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti