...

Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilməyiblər

Dünya xəbərləri Materials 7 May 2022 02:17 (UTC +04:00)
Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilməyiblər

Bakı. Trend:

Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsi (Coreper) cümə günü Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağlı konsensusa gələ bilməyib.

Trend xarici KİV-əə istinadla xəbər verir ki, məsləhətləşmələr həftə sonu davam etdiriləcək.

Məlumata görə, Aİ ölkələrinin daimi nümayəndələrinin görüşü Macarıstan, Slovakiya, Çexiya kimi dövlətlər tərəfindən qaldırılan mübahisəli məsələləri həll etməyə imkan verməyib.

Daimi nümayəndələr səviyyəsində müzakirələr bu həftənin sonunda davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti