...

Cənubi Koreyada helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 16 May 2022 06:47 (UTC +04:00)
Cənubi Koreyada helikopter qəzaya uğrayıb

Bakı. Trend:

Koreya Respublikasının cənubundakı Könsan-Namdo əyalətinin Geoje şəhəri yaxınlığında göyərtəsində üç nəfərin olduğu helikopter qəzaya uğrayıb.

Trend "Yonhap" agentliyinə istinadən xəbər verir ki, insident Bakı vaxtı ilə təxminən saat 04:00-da baş verib.

Məlumata əsasən, "Sikorsky S-61N" helikopteri dağlardan birinin zirvəsinə tikinti materialları daşıyırmış. Helikopterdə olan üç nəfər ağır yaralansa da, sağ qalıb.

Təcili yardım xidmətləri zərərçəkənlərə bütün lazımi yardımı göstərməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti