...

ABŞ-da benzinin qiyməti yenidən tarixi maksimuma yüksəlib

Dünya xəbərləri Materials 20 May 2022 05:40
ABŞ-da benzinin qiyməti yenidən tarixi maksimuma yüksəlib

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-da benzinin orta qiyməti bir qallon (təxminən 4,55 litr - red.) 4,589 dollara yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 3,043 dollara bərabər idi.

Trend "Sinxua" agentliyinə istinadla xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının (AAA) dərc etdiyi son məlumatlara görə, Kaliforniyada ölkədə ən yüksək benzin qiymətləri müşahidə olunmaqda davam edir - burada hər qallon üçün benzinin qiyməti 6,061 dollar təşkil edir. Ən yüksək qiymət isə Mono dairəsində müşahidə olunur. Burada bir qallon benzinin qiyməti 7,058 dollardır.

Kaliforniyada tarixdə ilk dəfə benzinin orta qiyməti bir qallon üçün altı dolları ötüb. Orta qiymətlərin hər qallon üçün dörd dollardan aşağı olan son üç ştatda da (Corciya, Kanzas və Oklahoma) bu hədd aşılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti