...

Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 22 May 2022 09:16 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ qeydə alınıb, sunami təhlükəsi yoxdur.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Fukusima prefekturasının sahillərində olub. Zəlzələnin ocağı okeanın dibinin təxminən 30 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar, həmçinin Fukusima-1 fövqəladə atom elektrik stansiyasında fövqəladə vəziyyət barədə məlumat yoxdur. Yeraltı təkanlar Yaponiyanın bir sıra şimal və şimal-şərq prefekturalarında hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti