Bakı. Trend:
Türkiyədə tələbələri daşıyan mikroavtobus yük maşını ilə toqquşub.
Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza Qaziantep-Osmaniye yolunda baş verib. Qəza nəticəsində 17 nəfər xəsarət alıb.
Məlumata əsasən, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, qəza ilə bağlı polislər tərəfindən araşdırma aparılır.