...

Suriyada avtobusa hücum edilib, 3 nəfər ölüb

Dünya xəbərləri Materials 3 İyun 2022 02:11 (UTC +04:00)
Suriyada avtobusa hücum edilib, 3 nəfər ölüb

Bakı. Trend:

Suriyanın Deyr əz-Zor vilayətində bir qrup terrorçunun avtobusa hücumu nəticəsində 3 nəfər ölüb, ən azı 21 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "SANA" agentliyi xəbər verib.

Məlumata əsasən, Hələbdən Deyr əz-Zora gedən avtobus vilayətin cənubundakı Əl-Şula rayonunda silahlı hücuma məruz qalıb. Ölən və yaralananlar mülki şəxslərdir.

Üç yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti