Bakı. Trend:
Çin və Kamboca sonuncunun ərazisində Pekinin hərbi-dəniz bazasının tikildiyini gizlədirlər.
Trend xəbər verir ki, bu cür iddia ilə "The Washington Post" qəzeti çıxış edib.
Nəşrin məlumatına görə, söhbət Kambocanın cənub-qərbində yerləşən Ream hərbi-dəniz bazasının şimal hissəsində, Tailand körfəzi sahilində bu həftə təməli qoyulacaq obyektdən gedir.
Qəzetin mənbələri qeyd ediblər ki, Hind-Sakit okean regionunda hərbi dəniz bazasının gizli tikintisi Çin üçün strateji əhəmiyyət kəsb edir, çünki Pekində bu region “qanuni və tarixi təsir dairəsi” kimi qəbul edilir.
Bildirilir ki, baza Çin üçün ikinci belə obyekt olacaq. Pekinin ilk və indiyə qədər yeganə xarici hərbi bazası Şərqi Afrikadakı Cibutidə yerləşir.