...

Fransa, Almaniya, İtaliya və Rumıniya Ukraynaya Aİ-yə namizəd statusunun verilməsini dəstəkləyir

Dünya xəbərləri Materials 17 İyun 2022 00:46 (UTC +04:00)
Fransa, Almaniya, İtaliya və Rumıniya Ukraynaya Aİ-yə namizəd statusunun verilməsini dəstəkləyir

Bakı. Trend:

Fransa, Almaniya, İtaliya və Rumıniya Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyir.

Trend "UNİAN"a istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron adıçəkilən ölkələrinin liderlərinin Ukrayna prezidenti Vladimir Zelenski ilə Kiyevdə keçirilmiş görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

"Sabah Avropa Komissiyası müvafiq rəy verəcək, gələn həftə isə Avropa Şurası Ukraynanın Avropa perspektivi ilə bağlı qərar qəbul edəcək. verəcək. Biz dördümüz də Ukraynaya Avropa İttifaqına üzvlük üçün namizəd statusunun verilməsinin tərəfdarıyıq”, - Makron bildirib.

O, bu qərarın Avropa Şurasında yekdilliklə qəbul ediləcəyinə ümid etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti