...

ABŞ-da hərbçilər orduda COVID-19-a qarşı məcburi peyvəndləmənin əleyhinə çıxıb

Dünya xəbərləri Materials 23 İyun 2022 08:56 (UTC +04:00)
ABŞ-da hərbçilər orduda COVID-19-a qarşı məcburi peyvəndləmənin əleyhinə çıxıb

Bakı. Trend:

ABŞ-da 600-ə yaxın hərbi qulluqçusu dini səbəbləri bəhanə gətirərək məcburi COVID-19 peyvəndləməsindən yayınmağa çalışır.

Trend xəbər verir ki, bu barədə ABŞ Konqresinə təqdim edilmək üçün hazırlanmış hesabatda deyilir.

Hesabatda Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunlar, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Milli Qvardiya, Sahil Mühafizəsi və ABŞ ordusunun digər bölmələrinin hərbi qulluqçularının ifadələri yer alıb. Burada onlar tərəfindən peyvənd edilmək məcburiyyətindən boyun qaçırmaq üçün müxtəlif tədbirlər haqqında məlumatlar əks olunub.

Onların əksəriyyəti dini səbəbləri bəhanə gətirərək peyvənddən imtina edirlər.

ABŞ federal məhkəməsində orduda məcburi peyvəndlə bağlı 27 iddiaya baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti