...

Daha bir ölkə avroya keçir

Dünya xəbərləri Materials 5 İyul 2022 18:35 (UTC +04:00)
Daha bir ölkə avroya keçir
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiya 2023-cü il yanvarın 1-dən etibarən avrodan istifadəyə keçəcək.

Trend-in məlumatına görə, bu barədə Avropa Parlamentinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Xorvatiyanın valyutasının dəyişməsinə razılıq verilib.

Qərarda bildirilir ki, yeni valyuta keçid üçün Avropa İttifaqının bütün üzvləri Avropa Parlamentinin qərarını dəstəkləməlidir.

Hazırda Xorvatiyada kuna adlı valyutadan istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti