...

ABŞ-ın məşhur şirkəti hərbi dizaynda hazırlanmış motosiklet kolleksiyasını buraxdı

Dünya xəbərləri Materials 6 İyul 2022 04:06 (UTC +04:00)
ABŞ-ın məşhur şirkəti hərbi dizaynda hazırlanmış motosiklet kolleksiyasını buraxdı

Bakı. Trend:

ABŞ-ın məşhur "Harley-Davidson" şirkəti hərbi dizaynda hazırlanmış motosiklet kolleksiyasını buraxıb.

Trend-in məlumatına görə, bu barədə "Fox News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, mosikletlər tünd yaşıl rəngə boyanıb və ağ beşguşəli ulduzlarla bəzədilib.

Kanaldan bildirilib ki, rəngləmə şirkətin İkinci Dünya Müharibəsi zamanı və 1952-ci ilə qədər ABŞ ordusuna tədarük etdiyi "Harley-Davidson WLA" hərbi motosikletlərinə bənzəyir.

Ulduzun üstündə “USA” və “MILW./WIS./USA” yazısı var. Telekanal qeyd edib ki, motosikletlərin əsas modellərindən rənglənmədən başqa heç bir fərq yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti