...

Yaponiyanın keçmiş baş nazirində ürək dayanması qeydə alınıb

Dünya xəbərləri Materials 8 İyul 2022 09:39 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın keçmiş baş naziri Şinzo Abe çıxışı zamanı hücuma məruz qaldıqdan sonra xəstəxanaya aparılıb.

Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər məlumat verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, Ş.Abenin ürəyinin dayanması qeydə alınıb.

Keçmiş baş nazir Nara Tibb Universitetinin xəstəxanasına yerləşdirilib.

Hücumda şübhəli bilinən 41 yaşlı Yamaqami Tetsuya hadisə yerində polis tərəfindən saxlanılıb, onun silahı götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti