...

Rusiya quru sərhədini keçməyə qoyulan məhdudiyyətləri ləğv edib

Dünya xəbərləri Materials 15 İyul 2022 01:57 (UTC +04:00)
Rusiya quru sərhədini keçməyə qoyulan məhdudiyyətləri ləğv edib

Bakı. Trend:

İyulun 15-dən Rusiya 2020-ci ilin martında koronavirus infeksiyasının yayılması ilə əlaqədar dövlətin quru sərhədini keçməsi ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri ləğv edib.

Trend-in məlumatına görə, müvafiq sənədi ölkənin baş naziri Mixail Mişustin imzalayıb.

Bundan əvvəl epidemik vəziyyətin yaxşılaşması ilə əlaqədar iyunun 14-dən etibarən xarici vətəndaşların Rusiyaya hava və dəniz keçid məntəqələri vasitəsilə girişinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi qərara alınıb. Lakin yerüstü nəqliyyat vasitələri ilə girişə bir sıra məhdudiyyətlər tətbiq olunmağa davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti