...

Çavuşoğlu finlandiyalı həmkarı ilə üçtərəfli memorandumun icrasını müzakirə edib

Dünya xəbərləri Materials 24 İyul 2022 17:45 (UTC +04:00)
Çavuşoğlu finlandiyalı həmkarı ilə üçtərəfli memorandumun icrasını müzakirə edib

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, nazirlər telefon danışığı zamanı Ukraynadakı vəziyyəti, vasitəçilik səylərini və üçtərəfli memorandumun icrasını müzakirə ediblər.

Xatırladaq ki, iyunun 28-də Madriddə keçirilən NATO sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandum imzalanıb, bundan sonra iki ölkənin NATO-ya qəbulu prosesinə rəsmən start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti