...

Putin və Ərdoğan Türkiyəyə qaz tədarükünü müzakirə ediblər

Dünya xəbərləri Materials 5 Avqust 2022 22:01 (UTC +04:00)
Putin və Ərdoğan Türkiyəyə qaz tədarükünü müzakirə ediblər

Bakı. Trend:

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünü müzakirə edib və qismən rublla ödəniş barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

"Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr qaz tədarükü müzakirə edilib. Danışıqlar prosesində prezidentlər razılaşıblar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödəniş rublla ediləcək", - deyə A.Novak bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti