...

İtaliyanın yeraltı qaz anbarlarının doluluq nisbəti 70 faizi ötüb

Dünya xəbərləri Materials 6 Avqust 2022 06:28 (UTC +04:00)
İtaliyanın yeraltı qaz anbarlarının doluluq nisbəti 70 faizi ötüb

Bakı. Trend:

İtaliyadakı yeraltı qaz anbarlarının doluluq nisbəti 70 faizdən yuxarıdır.

Trend xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Mario Draqi bildirib.

Ölkəsinin enerji təchizatı mənbələrini şaxələndirməkdə davam etdiyini bildirən M.Draqi deyib: “Hökumət təbii qaz tədarükü mənbələrini şaxələndirir. Hazırda biz həm qaz təchizatının sabitliyi, həm də anbarların doluluq nisbəti baxımından digər Avropa ölkələrindən daha yaxşı vəziyyətdəyik. Hazırda anbarlarımızın doluluq nisbəti 70 faizdən yuxarıdır”.

M.Draqi, eyni zamanda, taxıl daşıyan gəmilərin Ukraynadan yola düşməsinin müsbət hal olduğunu və bunun qeyri-adi humanitar böhran kimi qiymətləndirilən problemin həllinə kömək etdiyini deyib. O, yoxsul ölkələr və xüsusilə Afrika ölkələri üçün böhran ehtimalının tamamilə aradan qalxmadığını da qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti