Bakı. Trend:
Ukraynadan qarğıdalı daşıyan "Navistar" gəmisi şənbə günü Bosfor boğazının girişindən keçərək İstanbula çatıb.
Trend xəbər verir ki, “Navistar” yük daşıyıcısı "BOSPHORUS N ANCH" dayanacağında lövbər salıb.
Bu arada, Ukrayna qarğıdalı ilə daha iki gəmi - "Rojen" və "Polarnet" Qara dənizdə səyahətinə davam edir,
"Rojen" artıq Türkiyə sahillərindən çox da uzaqda deyil.