...

ABŞ inflyasiyanı azaltmağı planlaşdırır

Dünya xəbərləri Materials 7 Avqust 2022 05:50 (UTC +04:00)
ABŞ inflyasiyanı azaltmağı planlaşdırır

Bakı. Trend:

ABŞ Senatı inflyasiyanın 400 milyard dollar azaldılması üçün təşəbbüslər paketini nəzərdən keçirir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, qanun layihəsinə əsasən, vətəndaşlar üçün tibbi xidmətlərinə, eləcə də iqlimin qorunmasına dövlət xərclərinin azaldılması nəzərdə tutulur.

Bundan əlavə, Senat iri bizneslər, ilk növbədə ABŞ-ın ən iri korporasiyaları üçün vergiləri artırmaq istəyir.

Vergilərin artırılması və xərclərin azaldılması yolu ilə inflyasiyanın azaldılması üçün zəruri olan vəsaitin təmin edilməsi nəzərdə tutulur. Belə təkliflərin təşəbbüsü ilə Demokrat Partiyası çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti