Bakı. Trend:
Avqustun 26-da Helsinkidə Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyənin iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Finlandiyanın Xarici İşlər Nazirliyi bildirib.
Açıqlamada qeyd olunur ki, görüş zamanı iyunda İspaniyanın paytaxtı Madriddə keçirilmiş NATO sammitində Finlandiya, İsveç və Türkiyə arasında razılaşdırılmış anlaşma memorandumunun bəndləri nəzərdən keçiriləcək.
Qeyd edək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə uzun müddət qarşı çıxsa da, daha sonra müəyyən şərtlər müqabilində razılıq vermişdi.