...

Yaponiyanın Baş naziri 3 il ərzində Afrika ölkələrinə 30 milyard dollar ayırmağı vəd edib

Dünya xəbərləri Materials 28 Avqust 2022 08:00 (UTC +04:00)
Yaponiyanın Baş naziri 3 il ərzində Afrika ölkələrinə 30 milyard dollar ayırmağı vəd edib

Bakı. Trend:

Yaponiyanın baş naziri Fumio Kisida Afrika ölkələrinin inkişafı üçün 3 il ərzində 30 milyard dollar ayıracağına söz verib.

Trend xəbər verir ki, F.Kisida bu barədə Afrikanın inkişafı üzrə Tokio Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Vəsaitlər, xüsusilə, insan kapitalına investisiyalar və iqtisadi artımın stimullaşdırılması üçün istifadə olunacaq.

F.Kisida həmçinin qeyd edib ki, “yaşıl” iqtisadiyyatın inkişafına təxminən 4 milyard dollar ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti