...

Argentinada naməlum virusdan daha bir nəfər ölüb

Dünya xəbərləri Materials 1 Sentyabr 2022 06:18 (UTC +04:00)
Argentinada naməlum virusdan daha bir nəfər ölüb

Bakı. Trend:

Argentinanın Tukuman vilaytində xəstəxanada daha bir nəfər naməlum virusdan ölüb.

Trend-in məlumatına görə, bu barədə regional səhiyyə nazirliyinin saytında deyilib.

"18-22 avqust tarixləri arasında simptomları aşkar edilən beş xəstəxana işçisi və özəl klinikadakı bir xəstədə yoluxma halları qeydə alınıb", - deyə bildirilib.

Qeyd olunub ki, hər altı halda söhbət ikitərəfli pnevmoniyadan gedir.

"İki nəfər ölüb, üç nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər isə evdədir, vəziyyəti yaxşıdır", - deyə nazirlik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti