...

Yanvar-avqust aylarında Ambarlı limanı 12 milyondan çox yük qəbul edib

Dünya xəbərləri Materials 13 Sentyabr 2022 16:00 (UTC +04:00)
Yanvar-avqust aylarında Ambarlı limanı 12 milyondan çox yük qəbul edib

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin İstanbul şəhərində yerləşən Ambarlı limanı 12 milyon 956 min 112 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 milyon 51 min 385 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 10 milyon 904 min 727 ton yük daşınıb.

“2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin Ambarlı limanından 5 milyon 991 min 789ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti