Bakı. Trend:
Çexiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.
Trend-in məlumatına görə, bununla bağlı açıqlama nazirliyin saytında yerləşdirilib.
Qeyd olunur ki, nazirlik Rusiyada təhlükəsizliklə bağlı vəziyyətin mümkün pisləşməsi ilə əlaqədar Çexiya vətəndaşlarını bu ölkəyə getməməyə, hazırda Rusiyada olanları geri qaytımağa çağırıb.
Xatırladaq ki, bir neçə gün analoji müraciəti ABŞ, Polşa və Bolqarıstan səfirlikləri səsləndirmişdi.