...

ABŞ-də qasırğa qurbanlarının sayı 100 nəfəri ötüb

Dünya xəbərləri Materials 4 Oktyabr 2022 11:06 (UTC +04:00)
ABŞ-də qasırğa qurbanlarının sayı 100 nəfəri ötüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də bir neçə gün tüğyan etmiş "İan" qasırğası nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

Trend-in məlumatına görə, Florida ştatında 99 nəfərin, Şimali Karolina ştatında 4 nəfərin ölümü qeydə alınıb.

Floridada 550 mindən çox sakin hələ də elektriksiz qalıb.

Ştatın qubernatoru Ron Desantis fəlakət bölgəsinin bərpa olunması üçün bir neçə ilin tələb olunacağını bildirib.

ABŞ prezidenti Co Baydenin oktyabrın 5-də Florida ştatına səfər edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti