...

Şarm əş-Şeyxdə iqlim üzrə sammitin açılışı olacaq

Dünya xəbərləri Materials 6 Noyabr 2022 03:12 (UTC +04:00)

Bakı. Trend:

Bazar günü Misirin Şarm əş-Şeyx şəhərində 120-dən çox ölkə liderinin iştirakı ilə Ümumdünya İqlim Sammiti işə başlayır.

Trend xəbər verir ki, Misir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransının sədri kimi foruma ev sahibliyi edən Afrika qitəsini iqlim danışıqlarının mərkəzinə qoymaq və ümumilikdə inkişaf etməkdə olan ölkələrin problemləri və ehtiyacları xüsusi diqqət yetirmək niyyətindədir.

Gözlənilir ki, noyabrın 18-dək davam edəcək konfransda Şarm əş-Şeyx müxtəlif ölkələrdən 40 minə yaxın nümayəndəni, qeyri-hökumət təşkilatlarının nümayəndələrini, ekspertləri və jurnalistləri qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti