...

Fransada yaşayış evi çöküb

Dünya xəbərləri Materials 12 Noyabr 2022 14:03 (UTC +04:00)
Fransada yaşayış evi çöküb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın şimalındakı Lill şəhərində yaşayış evi çöküb.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzi meydanının yaxınlığında qeydə alınıb.

Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur. Polis hadisə yerini əhatəyə alıb, dağıntılar arasında axtarış aparılır.

Qeyd olunur ki, binanın yaxınlığındakı hoteldə qalan şəxslər təxliyə edilib.

İlkin ehtimallara əsasən, binanın çökməsinə qaz partlayışı səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti