...

ABŞ səfirliyinin başsağlığını qəbul etmirik - Süleyman Soylu

Dünya xəbərləri Materials 14 Noyabr 2022 12:53 (UTC +04:00)
ABŞ səfirliyinin başsağlığını qəbul etmirik - Süleyman Soylu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ səfirliyinin başsağlığını qəbul etmirik.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, İstanbulun İstiqlal küçəsində partlayışı törədən terrorçular saxlanılmasa idi, Yunanıstana qaçırılacaqdı.

'Hadisədən sonra aparılan texniki dinləmədə terror təşkilatının təlimatı terrorçunun öldürülməsi istiqamətində olub. Terrorçunu “öldürmək” tapşırılan şəxs də saxlanılıb", - deyə nazir əlavə edib.

Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti