Bakı. Trend:
ABŞ-ın Virciniya ştatında universitet ərazisində atışma olub.
Trend-in məlumatına görə, bu barədə bu gün Virciniya ştat polisi bildirib.
Hadisə nəticəsində 3 nəfər həlak olub. Daha iki nəfər isə yaralanıb.
Qeyd olunur ki, odlu silahdan atəş açan şəxs avtomobillə hadisə yerindən uzaqlaşıb. Hazırda polis onun şəxsiyyətini müəyyənləşdirib.
Axtarışlar davam etdirilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.