...

Vaşinqton Ukraynanı Rusiya ilə danışıqlara təhrik etmir - Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü

Dünya xəbərləri Materials 30 Noyabr 2022 11:02 (UTC +04:00)
Vaşinqton Ukraynanı Rusiya ilə danışıqlara təhrik etmir - Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü

Bakı. Trend:

ABŞ administrasiyası hərbi və digər yardımların Kiyev tərəfindən necə istifadə olunmasına daim nəzarət edir.

Trend xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi NBC telekanalına Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı lideri Kevin Makkartinin bəyanatını şərh edərkən deyib.

“Bu məsələdə heç bir nəzarətsiz yardım yoxdur. Administrasiya Konqresdən Kiyevə yardımın genişləndirilməsi məsələsini nəzərdən keçirməyi xahiş edib. Administrasiya və şəxsən Prezident Co Bayden bu tələbi ikitərəfli əsasda nəzərdən keçirən qanunvericilərə minnətdardır”, - deyə Kirbi bəyan edib.

O bildirib ki, Vaşinqton Ukraynanı Rusiya ilə danışıqlara təhrik etmir, Kiyev bu məsələdə təkbaşına qərar verməlidir.

Eyni zamanda, Kirbinin sözlərinə görə, Amerikanın hərbi yardımı Ukraynanın hərbi əməliyyatların gedişində uğur qazanması üçün nəzərdə tutulub və bu, Kiyevə danışıqlar masası arxasına əyləşəndə “onları güclü bir mövqedən idarə etməyə imkan verəcək".

Xatırladaq ki, Kevin Makkarti respublikaçıların Ukraynaya “nəzarətsiz yardım” edilməsinə imkan verməyəcəklərini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti