...

Rusiya Liviyada yenidən səfirlik açmağı planlaşdırır

Dünya xəbərləri Materials 6 Dekabr 2022 13:30 (UTC +04:00)
Rusiya Liviyada yenidən səfirlik açmağı planlaşdırır

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiya ilin sonuna qədər Liviyada yenidən səfirlik açmağı planlaşdırır.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. O bildirib ki, işlər, demək olar, yekunlaşıb və vaxt daralır.

"Biz səfirliyin mümkün qədər tez işləməsində maraqlıyıq. Namizədimiz təyin olunub. Hazırda Liviya hökumətindən rəsmi razılıq gözləyirik. Diplomatlarımızı oraya göndərmək və Tripolidəki səfirliyimizin işini bərpa etmək üçün işlər yekun mərhələdədir”, - deyə M.Boqdanov əlavə edib.

Xatırladaq ki, 2013-cü ildə Rusiyanın Liviyadakı səfirliyi təxminən 60 nəfərdən ibarət silahlı qrupun hücumuna məruz qalmışdı. Hücum nəticəsində səfirlik binasına ciddi ziyan dəymişdi. Mühafizə xidmətinin açdığı atəş nəticəsində hücum edənlərdən 2 nəfəri öldürülmüş, 5 nəfər isə yaralanmışdı. Hadisədən sonra Rusiya bütün diplomatlarını ölkədən çıxarmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti