...

ABŞ-da ən köhnə cins şalvar 114 min dollar satıldı

Dünya xəbərləri Materials 12 Dekabr 2022 00:32 (UTC +04:00)
ABŞ-da ən köhnə cins şalvar 114 min dollar satıldı

Bakı. Trend:

Şimali Karolina sahillərində 1857-ci ildə batmış paroxoddakı sandıqdan çıxarılmış cins şalvar hərracda 114 min dollar satılıb.

Trend "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu yaxınlarda həyata keçirilmiş ekspedisiya nəticəsində gəminin içində cins fəhlə şalvarı da tapılıb. Çox möhkəm parçadan tikilmiş beş düyməli şalvar mədən fəhləsinə məxsus olub.

Cins şalvar Nevada ştatının Rino şəhərində “Qızıl hərisliyi” dövrü əşyalarının hərracında satışa çıxarılıb. Hərracın nümayəndələri onu dünyada məlum olan ən qədim cins şalvar hesab ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti