Bakı. Trend:
Qətərli fotoqraf Xalid əl-Misslam Qətərdə keçirilən dünya çempionatını işıqlandırarkən dünyasını dəyişən ikinci jurnalist olub.
Trend xəbər verir ki, fotomüxbirin ölümü haqqında xəbəri Qətərin "Gulf Times" qəzeti yayıb.
Xalid əl-Mislam "Al Kass TV"nin fotomüxbiri olub.
Onun ölümün səbəbi barədə məlumat verilmir.
Xatırladaq ki, dekabrın 9-da Argentina və Niderland milli komandaları arasında keçirilən dünya çempionatının 1/4 final matçında (2:2, 4:3 penaltilər) CBS Sports televiziya şəbəkəsində çalışan amerikalı idman jurnalisti Qrant Uol vəfat edib.