...

Ərdoğan Qətərdə DÇ-2022-nin finalına baxacaq

Dünya xəbərləri Materials 17 Dekabr 2022 19:24 (UTC +04:00)
Ərdoğan Qətərdə DÇ-2022-nin finalına baxacaq

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Qətərə səfər edəcək və burada dünya çempionatının bağlanış mərasimində iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə şənbə günü Türkiyə liderinin administrasiyasının "Twitter" səhifəsində deyilir.

"Prezidentimiz Qətər Əmirinin dəvəti ilə dünya çempionatının bağlanış mərasimində iştirak etmək üçün dekabrın 18-də Dohaya səfər edəcək", - deyə paylaşımda bildirilir.

Xatırladaq ki, R.T.Ərdoğan DÇ-2022-nin açılış mərasimində də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti